Azərbaycan nefti yenidən ucuzlaşdı

  • By admin
  • 10 Noyabr 2016 11:30

neft

Azərbaycanın xam neftin bir barelinin qiyməti 0,01 dollar və yaxud 0,02% azalıb.

Gununsesi.info-nun xəbərinə görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 46,08 dollara bərabər olub.

Xatırladaq ki, “Azeri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.