Azərbaycan nefti yenidən ucuzlaşdı

  • By admin
  • 05 Yanvar 2017 09:33

neft

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,41 dollar yaxud 0,73% ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 55,97 dollara bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.