Azərbaycan neftinin ən çox ixrac olunduğu 10 ölkə – SİYAHI

  • By admin
  • 10 İyun 2020 11:41

2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ixrac olunan xam neftin əsas alıcıları Avropa və Asiya ölkələri olub.

Gununsesi.org-un məlumatına görə, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.

Hesabat dövründə bu ölkəyə 2 mln. 337 min 600 ton həcmində Azərbaycan nefti ixrac olunub. İtaliyanın Azərbaycan neftinin ixracında payı 26,2% təşkil edib.

Azərbaycan neftinin ikinci ən böyük alıcısı Çin olub. Belə ki, ilin beş ayında Çin SOCAR-dan 1 mln. 253 min 300 ton Azərbaycan nefti alıb. Azərbaycanın ümumi neft ixracında Çinin payı 14% olub.

Hindistan və Vyetnam SOCAR tərəfindən ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. İlin beş ayında Hindistan 640 min 900 ton (7,2%) Vyetnam isə 518 min 800 ton (5,8%) həcmində Azərbaycan nefti alıb.

Azərbaycan neftinin növbəti ən böyük alıcılarının siyahısı belədir:Yunanıstan 450 min 100 ton (5%), Ukrayna 432 min 200 ton (4,8%), Xorvatiya 428 min 900 ton (4,8%), İsrail 385 min 500 ton (4,3%), Tailand 335 min 200 ton (3,8%), Çexiya 301 min ton (3,4%).

 

 

Gununsesi.org