Azərbaycan neftinin SON QİYMƏTİ

  • By admin
  • 13 Aprel 2018 23:20

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 12-də 73,37 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,11 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 12-də 72,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,13 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 12-də 67,99 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,66 dollar/barel azdır.

 Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə aprelin 12-də 71,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,09 dollar/barel azdır.
Gununsesi.info