Azərbaycan neftinin qiyməti 113 dollara yaxınlaşdı

  • By admin
  • 30 Aprel 2022 10:34

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 29-da 112,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,45 dollar/barel çoxdur.

Bu barədə Publika.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 111,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,44 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,18 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 108,16 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,43 dollar/barel çoxdur.

Gununsesi.info