Azərbaycan neftinin qiyməti 50 dollara yaxınlaşıb

  • By admin
  • 22 Noyabr 2016 11:24

img2253015

 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIFmarkalı xam neftin bir barelinin qiyməti 2,60 dollar və yaxud 5,53% artıb.

“Report” xəbər verir ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 49,64 dollara bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

Gununsesi.info