Azərbaycan neftinin qiyməti 54 dolları ötdü

  • By admin
  • 04 Avqust 2017 09:35

neft

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,68 dollar və yaxud 1,26% artıb.

Gununsesi.info xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 54,47 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Gununsesi.info