

Azərbaycan neftinin qiyməti bahalaşıb.
Gununsesi.info xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,46 dollar və ya 0,82% artaraq 56,62 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi əsasında “AzeriLight” markalı neftin ortamüddətli dövr üçün dünya bazar qiymətləri hesablanıb.
Həmin proqnoza görə, 2017-ci ildə neftimizin orta qiyməti 65 dollar, 2018-ci ildə 80,3 dollar, 2019-cu ildə 76 dollar, 2020-ci ildə 72 dollar olacaq.
Gununsesi.info