
Parlamentin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti İranın yeni seçilən prezidentinin inaqurasiya mərasimində iştirak etmək üçün Tehrana səfər edib.
Gununsesi.info-nun məlumatına görə, nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Şahin Mustafayev və diplomatlar daxildir. Azərbaycan heyətini Tehranda İran parlamentinin rəsmiləri qarşılayıblar.
İranın yeni Prezidenti İbrahim Rəisinin inaqurasiya mərasimi 17:00-da İran parlamentində başlayacaq. Mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10 ölkə prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri qatılacaq.
Gununsesi.info