Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 189 faiz yerinə yetirib

  • By admin
  • 20 Yanvar 2022 17:42

2021-ci ilin dekabrında Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,6 milyon barel/sutka təşkil edib.

Gununsesi.info bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

HTML tutorial

Bu göstərici noyabr ayında 0,59 milyon barel/sutkaya bərabər idi.

Qeyd olunub ki, dekabr ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 189 faiz yerinə yetirib: “Noyabr və dekabr ayları üzrə hədəf göstərici hər bir ay üzrə 0,65 milyon barel/sutka təşkil etmişdi”.

Qeyd edək ki, OPEC+ üzv ölkələrinin qəbul etdiyi qərara əsasən, Azərbaycanın fevral ayında neft hasilatının azaldılması üzrə öhdəliyi 50 min barel, gündəlik hasilat isə sutkada 7 min barel artırılaraq 668 min barel/sutka təşkil etməlidir.

 

Gununsesi.info