Azərbaycan ordusunda idman yarışları keçirilir- FOTOLAR

Azərbaycan ordusunda idman yarışları keçirilir

Müdafiə nazinin təsdiq etdiyi 2018-ci il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda müxtəlif idman növləri üzrə yarışlar keçirilir.

Gununsesi.info-ya Müdafiə Nazirliyindən verilən məlumata görə, yarışlarda birlik, birləşmə və hərbi hissələrin şəxsi heyəti iştirak edir.

Müxtəlif mərhələlərdə keçirilən yarışlarda şəxsi heyət qüvvə və bacarıqlarını sınayacaq.

Yarışların nəticələrinə əsasən müəyyən ediləcək qaliblər komandanlıq tərəfindən mükafatlandırılacaq.

COMMENTS