Azərbaycan Ordusunun çavuşu faciəvi şəkildə öldü

Sumqayıtda dəm qazından boğulma faktı baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

HTML tutorial

Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.

Gununsesi.info