“Azərbaycan ordusunun generalı və polkovniki şəhid olub” - Nazir müavini

“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”.  

Gununsesi.org-un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

K.Vəliyev qeyd edib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib: “Səhər saatlarında gedən döyüşlərdə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar”. 

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olublar:

1) Mayor Əhmədov Namiq Hajan oğlu

2) Mayor Novruzov Anar Gülverdi oğlu

3) Gizir Zeynallı ilqar Ayaz oğlu

4) Gizir Babayev Yaşar Vasif oğlu

5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Əsgər Mustafazadə Elçin Arif oğlu

Gununsesi.org