Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb - XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 05 Yanvar 2022 20:36

Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb, 2 nəfər xəsarət alıb.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, bu gün saat 17.40-da hərbi maşının idarəetməni itirməsi nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb. Hər iki hərbi qulluqçumuzun həyatları üçün heç bir təhlükə yoxdur.

 

Gununsesi.info