Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

  • By ilhame
  • 15 İyul 2024 20:34

Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

 

Gununsesi.info-ya bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.

 

“Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – məlumatda vurğulanıb.

Gununsesi.info