Azərbaycan ordusunun təlimlərində ilk mərhələyə start verildi - FOTOLAR

  • By admin
  • 12 Noyabr 2016 11:30

tkolon6

Silahlı Qüvvələrdə keçirilən irimiqyaslı təlimlərin birinci mərhələsinə start verilib.
Gununsesi.info Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, təlimin planına əsasən qoşunların idarəetmə sistemlərinin döyüş hazırlığının yoxlanılması, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxışı, eləcə də qoşunların fasiləsiz, operativ və gizli idarəedilməsi məqsədilə səhra idarəetmə məntəqələrinin açılması həyata keçirilir.
“Həyəcan” siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonlarına, döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına, Raket və Artilleriya Qoşunlarının birlik və hissələri müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.
Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidməti təşkil olunub.
Hərəkət zamanı kolonların şərti düşmənin hava hücumundan müdafiəsini HHQ-nin aviasiya vasitələri təmin edir.

tkolon5 tkolon4 tkolon3 tkolon2 tkolon1 tkolon7 tkolon8 tkolon13 tkolon12 tkolon11 tkolon10 tkolon9 tkolon18 tkolon17 tkolon16 tkolon15 tkolon14

Gununsesi.info