“Azərbaycan Xocalı soyqırımı günahkarlarının cəzalandırılması ilə bağlı qiyabi də olsa məhkəmə prosesi keçirib, cinayətkarlar barədə məhkmə hökmü çıxarmalıdır”.
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Qüdrət Həsənquliyev “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasın hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimati zamanı deyib. Deputatın sözlərinə görə, bu məsələ Azərbayan üçün aktualdır: “Ona görə də Azərbaycan cəmiyyəti Xocalı ilə bağlı hansı addımları atmalıdır və nə etməlirdir gözləntiləri yollarını axtarmalıdır. İlk olaraq onu deyim ki, mənə indiyədək də Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə qoşulmayıb. Bunun səbəi mənə bəlli deyil”- deyə, millət vəkili vurğulayıb.
Q. Həsənquliyev əlavə edib ki, Azərbaycan BMT TŞ-nın üzvü və sədri olduğu müddətdə də bu məsləni gündəmə gətirərək Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmayıb: “25 ildir Xocalə soyqırımı ilə bağlı cinayət işi gedir və nəticə yoxdur. Heç olmasa qiyabı məhkəmələr təşkil olunmalı və onlar barəsində hökm çıxarılmalıdır. Məhkəmənin bu qərarı XİN tərəfindən BMT TŞ-nın Baş katibinə təqdim etməlidir”- deyə, o bildirib.
Millət vəkilinin fikrincə, Azərbaycan ona görə Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq istəmir və BMT səviyyəsində qaldırmaq istəmir ki, nəticəni bilir: “ Azərbaycan yaxşı anlayır ki, ABŞ və rusiya ermənipərəst mövqe nümayiş etdirir, bu ölkələrdə islamafobiya var, Rusiya isə Ermənistanən hərbi müttəfiqidir. Reallaqıları bildiyimizdən bunu etmirik”.
Q.Həsənquliyev deyib ki, belə vəziyyətdə Azərbaycan özünə hərbi müttəfiq axtarmalıdır: “Azərbaycan hansısa hərbi blokun üzvü olmalı və özünə müttəfiq axtarışına çıxamalıdır. əks halda vəziyyət elə də asan olmayacaq”.
Mürtəza
Gununsesi.info