Azərbaycanlı para-badmintonçu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb.
Gununsesi.info-ya bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan idmançımız qrup mərhələsini uğurla tamamlayıb. Növbəti – 1/4 finalda Fransadan olan rəqiblərini məğlub edən cütlük yarımfinala vəsiqə qazanıb.
Təmsilçilərimiz yarımfinal qarşılaşmasında Hindistan idmançılarına məğlub olaraq bürünc medala sahib çıxıb.
Gununsesi.info