Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

  • By ilhame
  • 11 Avqust 2024 15:34

Azərbaycan idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

 

Gununsesi.info-nun məlumatına görə, 48 idmançıdan 7-si medal qazanıb.

 

Azərbaycan idmançıları əldə edilən mükafatlardan sonuncusunu bu gün aktivinə yazdırıb.

 

Sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib və 10:0 hesablı qələbəyə sevinib. Bununla da idmançımız üçüncü bürünc medalı Azərbaycana qazandırıb.

Ümumilikdə 7 medal qazanan idmançıların siyahısı:

 

Cüdo: Hidayət Heydərov (73 kq) – qızıl

Zelim Kotsoyev (100 kq) – qızıl

 

Boks: Alfonso Dominges (92 kq) – gümüş

 

Taekvondo: Qaşım Maqomedov (58 kq) – gümüş

 

Yunan-Roma güləşi: Həsrət Cəfərov (67 kq) – bürünc

 

Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) – bürünc

 

Maqomedxan Maqomedov (97 kq) – bürünc

 

Medal qazana bilməyənlər:

 

Badminton

 

Edi Reski Dviçayo (kişilər, fərdi), Keişa Fatimə Zəhra (qadınlar, fərdi)

 

Bədii gimnastika

Zöhrə Ağamirova

 

Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)

 

Batut gimnastikası

Selcan Maqsudova

 

Sərbəst güləş

Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq)

 

Yunan-Roma güləşi

Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq)

 

Qadın güləşi

Mariya Stadnik (50 kq)

 

Atletika

Anna Skidan, çəkicatma

 

Boks

Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq)

Məhəmməd Abdullayev (+92 kq)

 

Atıcılıq

Ruslan Lunyov (10 m, pnevmatik tapança)

 

Basketbol

Qadın yığması, 3×3 növü

 

Avarçəkmə

Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)

 

Triatlon

Rostislav Pevtsov

 

Qılıncoynatma

Anna Başta, (sablya)

 

Kamandan oxatma

Yaylagül Ramazanova

 

Üzgüçülük

Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə

 

Cüdo

Balabəy Ağayev (kişilər, 60 kq), Yaşar Nəcəfov (kişilər, 66 kq), Zelim Tçkayev (kişilər, 81 kq), Elcan Hacıyev (kişilər, 90 kq), Uşanqi Kokauri (kişilər, +100 kq), Leyla Əliyeva (qadınlar, 48 kq), Gültac Məmmədəliyeva (qadınlar, 52 kq).

Gununsesi.info