![](https://www.gununsesi.info/wp-content/uploads/2016/06/polis-1-250x200.jpg)
Bakı şəhərinin mərkəzində yerləşən Filarmoniya bağında polis əməkdaşları pul kisəsi tapıb. Gununsesi.info-nun məlumatına görə, pul kisəsini ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin Baş Mühafizə idarəsinin əməkdaşları aşkarlayıblar. Belə ki, Filarmoniya bağında içərisində sənədlər və 1700 ABŞ dolları olan pul kisəsinin Formula-1 yarışması ilə bağlı Azərbaycana gələn turistlərdən birinə məxsus olduğu bəlli olub. Pul kisəsi müvafiq tədbirlər aparılddıqdan sonara həmin turistə təqdim edilib.
Gülnaz Qənbərli