
Bu gün Azərbaycan Premyer Liqasında 35-ci tura yekun vurulacaq.
Gununsesi.info xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçiriləcək.
“Turan Tovuz” “Səbail”i, “Şamaxı” “Qəbələ”ni, “Sabah” “Zirə”ni, “Qarabağ” isə “Sumqayıt”ı qəbul edəcək.
Qeyd edək ki, turun bir oyunu dünən keçirilib. “Neftçi” səfərdə “Kəpəz”dən üstün olub – 3:1.
Xatırladaq ki, “Qarabağ” artıq ötən tur çempionluğu rəsmiləşdirib.
Azərbaycan Premyer Liqası
35-ci tur
22 may (bazar ertəsi)
“Turan Tovuz” – “Səbail”
Tovuz şəhər stadionu, 16:30
“Şamaxı” – “Qəbələ”
Şamaxı şəhər stadionu, 16:30
“Sabah” – “Zirə”
“Bank Respublika Arena”, 16:30
“Qarabağ” – “Sumqayıt”
“Azersun Arena”, 16:30
Gununsesi.info