Azərbaycan Premyer Liqası: “Neftçi” mövsümdə ilk qələbəsini qazanıb - VİDEO

“Neftçi” Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk qələbəsini qazanıb.

Gununsesi.info xəbər verir ki, “ağ-qaralar” IV turda öz meydanında “Qəbələ”dən güclü olublar – 2:0.

Hesabı ilk hissəyə əlavə edilmiş dəqiqələrdə Rəhman Hacıyev açıb. 69-cu dəqiqədə “Neftçi”nin qapıçısı Rza Cəfərov birbaşa qırmızı vərəqə ilə komandanı azlıqda qoyub.

Buna baxmayaraq, növbəti qol da paytaxt təmsilçisindən gəlib. Yuri Matias 79-cu dəqiqədə başla dəqiq oynayaraq yekun hesabı müəyyənləşdirib.

“Neftçi” beş xalla beşincidir. Xal toplaya bilməyən “Qəbələ” sonuncu – 10-cu yerdə qərarlaşıb.