Azərbaycan Premyer Liqası: XXX tura bu gün yekun vurulacaq

  • By ilhame
  • 14 Aprel 2024 10:21

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq.

 

Gununsesi.info xəbər verir ki, son oyun günü 2 görüş keçiriləcək.

 

Saat 16:30 start götürəcək matçda “Səbail” “Kəpəz”lə üz-üzə gələcək. Qarşılaşma “ASCO Arena” baş tutacaq.

 

Günün digər oyununda isə “Sabah” və “Qarabağ” klubları münasibətlərinə aydınlıq gətirəcək. Start fiti 19:00-da çalınacaq görüş “Bank Respublika Arena”da oynanılacaq.

 

Qeyd edək ki, turun açılış matçında “Sumqayıt” və “Zirə” klubları bərabərə qalıb – 0:0. Digər qarşılaşmalarda isə “Turan Tovuz” “Qəbələ”yə 2:1, “Neftçi” isə “Araz Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib.

Gununsesi.info