Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq.

Gununsesi.info xəbər verir ki, son oyun günündə bir görüş keçiriləcək.

9 illik fasilədən sonra elitaya qayıdan “Turan Tovuz” evdə “Qəbələ” ilə üz-üzə gələcək. Tovuz şəhər stadionundakı qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək. Görüş saat 17:00-da start götürəcək.

İki komanda indiyədək ölkə çempionatında bir-birinə rəqib olmayıb.

Azərbaycan Premyer Liqası

I tur

8 avqust

17:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR hakimi: Nicat İsmayıllı
VAR hakiminin köməkçisi: Cəmil Quliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu.

Gununsesi.info