Azərbaycan Premyer Liqasında son oyun günü

  • By admin
  • 17 Dekabr 2016 13:36

kepez-qebele
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2016-cı ilin son turunun oyunları keçiriləcək.
Gununsesi.info Qəbələ Futbol Klubunun saytına istinadən xəbər verir ki, “Qəbələ” Gəncənin “Kəpəz” klubunu qəbul edəcək. Oyun Gəncədə keçirilməli olsa da, sonradan məkan dəyişdirilib.
Qəbələ şəhər stadionunda baş tutacaq görüşü Əliyar Ağayev idarə edəcək. FİFA hakiminin köməkçiləri Rza Məmmədovla Rahil Ramazanov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Ziya Nəsirov yerinə yetirəcək. Ədalət təmsilçilərinin işinə Murad Məmmədov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Eldar Qasımov olacaq.

Anar
Gununsesi.info