Azərbaycan prezdenti hər zaman cəsarətli çıxış edib və bu onun məntiqi davamı idi - millət vəkili

  • By admin
  • 21 Sentyabr 2016 12:08
fazailllllllllllllllllllllll
Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi  ifadələr cəmiyyətdə ciddi rezonansa səbəb olub. Belə ki, əgər indiyədək rəsmi  KİV orqanları ölkə başçısının Qərb və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşündə səslənən fikirlərin ancaq qısa xülasəsini təqdim edirdi. Ancaq sentyabrın 20-də  avropalı parlamentarilərlə görüşdə dövlət başçısı    Qərb ölkələrinin və onların strukturlarının Azərbaycan qarşı qərəzli mövqe nümayiş etdirməsi ilə bağlı səsləndiridiyi ifadələri olduğu kimi, cəmiyyətə çatdırdı. Bu fikirlərin niyə məhz indiki məqamda geniş ictimaiyyətə çatdırılmasının əsas məqsədi ilə bağlı millət vəkillərinə müraciət etdik.
Millət vəkili Fəzail İbrahimli Gununsesi.info-ya açıqlamasında  bildirib ki, Azərbaycan 20 ildən artıqdır səbr nümayiş etdirir. “Təsəvvür edin ki, Azərbaycan 1991-ci ildə müstəqillyini əldə edib və bu zaman müddətində Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirir, bir milyondan artıq insan öz yurd-yuvasından didərgin düşüb. Ancaq bircə dəfə də olsun nə Qərb ölkələri, nə də beynəlxalq təşkilatların Azərbaycanla bağlı ədalətli mövqeyinin şahidi olmamışıq. Bu müddətdə Qərb və beynəlxalq təşkilatların dediyi kimi, hərəkət etmişik.
Ancaq bu ölkələr və təşkilatlar onalrım agentlərinə toxunarkən dərhal hay-küy qaldırır və dərhal “ürəkləri ağrıyır”. Və başlayırlar Azərbaycanı ittiham etməyə ki, insan haqları, demokratiya, söz azadlığı  pozulur. Artıq  nə qədər bu ikili siaysətə dözmək olar? Hər bir insanın səbr kasası var. Artıq Azərbaycanın səbr kasası dolub”- deyə, millət vəkili vurğulayıb.
Dövlət başçısının sərt və açıq formada səsləndirdiyi fikirlərə gəldikdə F.İbrahimli əlavə edib ki, Azərbaycan prezdenti  zaman zaman  belə açıq fikirlər səsləndirib: “Hələ bir neçə il bundan öncə dövlət başçılarının  görüşündə Ermənistan prezidenti Türkiyə haqqında fikir səsləndirən zaman İlham Əliyev dərhal onun  cavabını verərək, dedi ki, Türkiyə  prezidenti burada deyil, mən buradayam. Mən cavab verə bilərəm. Belə bir cəsarətli bəyanat vermək hər dövlət başçısının işi deyil.Bundan əlavə olaraq iki il bundan öncə AŞPA-nın sessiyasında  47 ölkə nümayəndəsi qarşısında  bəyanat xarakterli fikir səsləndirən  Azərbaycan prezidneti İlham Əliyev bildirdi ki, bu gün Avropa ölkələri nümayəndəsi bilməsə də, erməni nümayəndə heyəti  yaxşı bilir ki, Ermənistan dövləti  məhz Azərbaycan torpaqları üzərində qurulub. Ermənistanın bugünkü paytaxtı olan İrəvan şəhəri Azərbaycan torpağıdır. Onun bu bəyanatı oradakıları şoka saldı. Odur ki, Azərbaycan prezidentinin avropalı parlamentarilərlə görüşündə səsləndirdiyi  bu sərt və açıq ifadələr  bundan öncəki cəsarətli ifadələrin məntiqi davamı idi”.
Millət vəkili onu da əlavə edib ki, bu gün Azərbaycanın nə  hər hansı ölkə, nə də beynəlxalq təşkilat qarşısında cavabdehliyi yoxdur. “Qoy əvvəlcə onlar Azərbaycanın  haqqını tanısınlar, sonra isə bizdən nəsə istəsinlər  və ya tələb etsinlər. Bax, ölkə başçısının səsləndirdiyi ifadələrin əsas fəlsəfəsi bundan ibarət idi”- deyə, millət vəkili bildirib.
ilya
Mürtəza 
Gununsesi.info