Azərbaycan prezidenti efiopiyalı həmkarını təbrik edib

  • By admin
  • 27 May 2017 18:10

ilham eliyev2

 

Azərbaycan prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının prezidenti Mulatu Teşomeni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına sülh və tərəqqi diləyirəm”.

 

Gununsesi.info