

“Azərbaycan prezidenti İlham Əliyevin avropalı parlamentarilərə görüşündə səsləndirdiyi bəyanat Avropaya bir mesaj idi”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında tanınmış hüquq- müdafiəçisi Novella Cəfəroğlu deyib.
Azərbaycan prezidentinin avropalı parlamentarilərlə keçridiyi görüşdə səsləndirdiyi bəyanatları pozitiv bir bəyanat hesab edən hüquq müdafiəçisi bildirib ki, indiyədək biz Azərbaycan prezidentinin görüşlərdə səsləndirdiyi ifadələrin mətbuata bu qədər açıq və çılpaqcasına verilməsinin şahidi olmamışıq. “Baxmayaraq indiyədək görüşlərdə belə fikirlər səsələnsə də, amma geniş kütləyə açıqlanmayıb. Bu, pozitiv bir məslədir. Bununla Azərbaycan prezidenti Avropaya mesaj verdi ki, sizinlə əməkdaşlıqda maraqlıyıq. O, eyni zamanda, istiqamətlərini, formalarını da əslində bəyantında qeyd edib ki, bu əməkdaşlıq necə qurulmalı və inkişaf etdirilməlidir”- deyə, hüquq müdafiəçisi vurğulayıb.
Hüquq müdafiəçisi əlavə edib ki, bu gün Azərbaycan üçün həssas məqamdır. “Bölgədə çox mürəkkəb geosiyasi proseslər gedir ki, bu məqamda həssas olmalı və hər addımımızı ölçüb-biçməliyik. Ona görə ki, Azərbaycan çox mürəkkəb bir regionda yerləşir və ətrafımızda ciddi və təhlükəli oyunlar gedir. Rusiya, İran və Ermənistanla həmsərhəd ölkəyik. O baxımdan Azərbaycan heç vəchlə Avropa ilə əlaqələrini kəsməməlidir. Elə Azərbaycan prezidentinin səsələndirdiyi bəyanat Avropa strukturları ilə daha sıx əməkdaşlıq üçün mesajı idi ki, bu əlaqələri gələcəkdə necə inkişaf etdirmək olar. Azərbaycan bir daha Avropa ölkələri və onların strukturları ilə sıx əməkdaşlıq etmək niyyətini açıq formada ortaya qoydu. Odur ki, mən bu bəyanatları müsbət və pozitiv hesab edirəm”- deyə, N. Cəfəroğlu bildirib.
N. Cəfərova əlavə edib ki, Azərbaycan Avropa ilə münasibətlərini daha da inişaf etdiməlidir: “Rusiya ilə münasibətlərini yaxşı qonşuluq siyasəti əsasında qurmalı və onun təsir dairəsinə düşməməlidir. Ona görə də həssas məqam olduğundan məsələlərə də həssas yanaşmalıyıq”.
Mürtəza
Gununsesi.info