Bu gün Azərbaycan xalqı tarixinin şərəfli, qürurlu günlərini yaşamağa davam edir. Beş il öncə xalqımız Prezident İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi, qəhrəman Vətən övladlarının şəhadəti və şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Azərbaycan 2023-cü ildə tam bütövləşdi, suverenliyini bərpa etdi. Bu gün isə Azərbaycan qələbəsini daha da gücləndirir”.
Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Gununsesi.info-ya açıqlamasında deyib.
O bildirib ki, ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar gündən-günə artır:
“Bu gün ölkəmiz sürətlə inkişaf edir, bölgədə və dünyada nüfuzunu artırır. Eyni zamanda biz sabah ölkəmizdə keçiriləcək paradı səbirsizliklə gözləyirik. Artıq Pakistanın baş naziri də bu tədbir üçün Azərbaycana gəlib. Bu, dövlətimizin gücünü, xalqımızın həmrəyliyini və Türkiyə ilə Pakistanla olan sıx bağlılığını nümayiş etdirir”.Deputat vurğulayıb ki, Azərbaycanın əldə etdiyi bu nəaliyyətlər Vətən müharibəsində yazılan şanlı tarixin davamıdır və dövlətin güclü, xalqın isə bir yumruq kimi birləşdiyinin sübutudur.













