“Azərbaycan Qarabağda təmas xəttini bir neçə yerdə yarıb” - Hikmət Hacıyev

  • By ilhame
  • 19 Sentyabr 2023 20:49

“Azərbaycan Silahlı Qüvvələri Qarabağda Ermənistan silahlı qüvvələrinin birləşmələri ilə təmas xəttini bir neçə yerdə yarıb və strateji məqsədlərini həyata keçirmək əzmindədir”.

Gununsesi.info  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlamasında bildirib.

Qeyd edək ki, Azərbaycan bu gündən etibarən Qarabağda lokal antiterror tədbirlərinə başlayıb.

 

Gununsesi.info