
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağın erməni sakinlərinə müraciət edib.
Gununsesi.info-nun məlumatına görə, H.Hacıyev bu barədə Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Qarabağın erməni sakinləri ilə sentyabrın 21-də Yevlaxda keçiriləcək görüşə hazırdır.
H.Hacıyev əlavə edib ki, ölkəmiz əhalinin humanitar tələblərinə cavab verə bilər.
Gununsesi.info