Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə artıb

  • By Mina
  • 24 Aprel 2024 14:46

İlham Əliyev: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə – 100 milyon dollaradək artıb
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə – 100 milyon dollaradək artıb.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında bildirib.

“Bu gün, həmçinin Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Biz Nizamnamə fondunu 4 dəfə – 25 milyondan 100 milyon dollaradək artırdıq. Bunun əsas səbəbi müraciətlərin həddən artıq olmasıdır. Bizə Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin daxil olması barədə məruzə edilib”, – deyən dövlət başçısı əlavə edib ki, 100 milyon da son hədd deyil.

Gununsesi.info