Bakıda təşkil olunan “Formula-1” üzrə Azərbaycan “Qran-Pri”sində ikinci günün sessiyalarına start verilib.
Gununsesi.info – nun Oxu.Az-a istinadən məlumatına görə, pilotlar üçüncü sərbəst yürüşlər üçün saat 12:30-da boksları tərk ediblər.
“Formula-1” sürücülərinin məşqlərinin ardınca “Formula-2″də sprint (qısa) yarışı keçiriləcək.
Xatırladaq ki, günün sonunda isə dünyanın ən sürətli sürücüləri sıralanma turunda güclərini sınayacaqlar.
Qeyd edək ki, Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan “Qran-Pri”si sentyabrın 15-də başa çatacaq.
Bakıda təşkil olunan “Formula-1” üzrə Azərbaycan “Qran-Pri”sində ikinci günə start veriləcək.
Oxu.Az-ın məlumatına görə, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.
Ardınca “Formula-2″də sprint yarışı keçiriləcək.
Günün sonunda isə birinci dərəcəli sürücülər sıralanma turuna qatılacaqlar.
Azərbaycan “Qran-Pri”si: İkinci günün proqramı
14 sentyabr
12:30. “Formula-1”: Üçüncü sərbəst yürüş
14:15. “Formula-2”: Sprint yarışı
16:00. “Formula-1”: Sıralanma turu
Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.
Gununsesi.info