“Azərbaycan regionda sülh və sabitliyin qorunmasında aktiv rol oynayan ölkədir”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib:

“Biz həm qonşu dövlətlərlə, həm də beynəlxalq tərəfdaşlarla dialoq və əməkdaşlığı gücləndirərək qarşılıqlı etimadın möhkəmlənməsinə və gərginliyin azalmasına töhfə veririk.
Azərbaycanın dəqiq diplomatik yanaşması və balanslaşdırılmış siyasəti sayəsində bölgədə münaqişələrin qarşısının alınması, iqtisadi və siyasi əməkdaşlığın inkişafı mümkün olur. Bu, xarici siyasətimizin uğurlu nəticələrindən biri olaraq, xalqımızın maraqlarını qorumaqla yanaşı, beynəlxalq nüfuzumuzu da artırır”.
Deputat əlavə edib ki,Azərbaycanın rolu yalnız qonşu dövlətlərlə deyil, həm də qlobal güclərlə konstruktiv əməkdaşlıq çərçivəsində davam edir:
“Məqsədimiz regionda dayanıqlı sabitliyi təmin etmək və münaqişələrin qarşısını almaqdır”.
Banu












