Azərbaycan “Rio Olimpiadası”nda daha bir medal qazandı- GÜMÜŞ

Azərbaycan “Rio Olimpiadası”nda daha bir medal qazandı

valentin

“Rio-2016”da birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə final yürüşü keçirilib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan idmançısı Valentin Demyanenko da həlledici mərhələdə qüvvəsini sınayıb.

Otuz üç yaşlı atletimizin çinli Qianq Li, ispaniyalı Alfonso Benavides Lopes de Ayala, fransalı Tomas Simar, gürcüstanlı Zaza Nadiradze, braziliyalı İsakias Keyruş dos Santos, Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanı təmsil edən Andrey Kraytor və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Yuri Çebana qarşı yarışıb.

Finalda məsafəni 39.493 saniyəyə qət edən idmançımız gümüş medal qazanmağı bacarıb.

 

Gununsesi.info

COMMENTS