Azərbaycan-Rusiya sərhədində yük maşınlarının sıra ilə uzun növbəsi yaranıb

  • By arzu
  • 29 May 2020 16:18

Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.

Gununsesi.org-un APA-ya istinadən verdiyi məlumata görə, hazırda ərazidə 500 yük maşını qonşu ölkəyə keçmək üçün gözləyir.  

Samur gömrük-keçid məntəqəsindən APA-nın yerli bürosuna bildirilib ki, yaranan növbələr mövsümi xarakter daşıyır. Hazırda gün ərzində 250-300 maşın Rusiyaya keçir və hər hansı texniki problem yoxdur.

Samur gömrük-keçid məntəqəsindən həmçinin bildirilib ki, əgər Rusiya tərəfi bu sayı artırsa Azərbaycan tərəfi də bu sayı artıra  bilər.

Gununsesi.org