Azərbaycan Rusiyadan yeni gigiyenik vasitələr ala bilər

  • By admin
  • 30 Avqust 2017 19:26

1384254528rusko-moskva-1
Rusiyadan Azərbaycana gigiyenik vasitələr tədarük oluna bilər.
“Report” Rusiya mətbuatına istinadən məlumat verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Qennadiy Sklyar bildirib.
Q. Sklyar deyib ki, Moskva şəhərində Dzerjinskiy rayonunda gigiyenik vasitələrin istehsalı üzrə ixtisaslaşmış müəssisəsinin məhsullarının Azərbaycan, İran və digər qonşu ölkələrə ixrac imkanları mövcuddur.
“İrana səfərim zamanı bu məhsulların analoqu ilə maraqlandım. Lakin belə məhsullar tapmadım. Azərbaycan, İran və digər qonşu ölkələrdə tərəfdaşların olması üçün imkan var. Bu, texnoloji təkmilləşməyə, istehsalın genişlənməsinə gətirib çıxaracaq”,- deyə rusiyalı deputat əlavə edib.

 

Gununssesi.info