Azərbaycan Rusiyadan yeni təyyarələr alır

  • By admin
  • 11 İyul 2016 21:47

teyyare

Razılaşma hazırlanır.

“Azərbaycan Hava Yolları” QSC ilə (AZAL) razılaşma çərçivəsində “MS-21” sərnişin təyyarələrinin lizinqə verilməsinə dair müqavilə 2017-ci ilin ilk kvartalında bağlana bilər.

Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “İlyuşin Finans Ko” MMC-nin baş direktoru Aleksandr Rubtsov məlumat verib.

Təyyarələrin ilk uçuşunu gözlədiklərini deyən A.Rubtsov əlavə edib ki, razılaşma hazırlanır.

Qeyd edək ki, bu ilin iyun ayında Rusiyanın “İlyuşin Finans” lizinq şirkəti və “Azərbaycan Hava Yolları” (AZAL) QSC 10 ədəd “MS-21” təyyarəsinin alınmasında maraqlılıq haqqında memorandum imzalayıblar.

Hazırda “MS-21” (“XXI əsrin Magistral təyyarəsi”) Rusiyanın “İrkut” korporasiyası tərəfindən istehsal olunur. Təyyarələrin 2018-ci ilin 4-cü rübündə Azərbaycana göndərilməsi nəzərdə tutulub.

Gununsesi.info