Azərbaycan səfiri etimadnaməsini Niderland Kralına təqdim edib - FOTO

Azərbaycan səfiri Rəhman Mustafayev etimadnaməsini Niderland Kralı Villem-Aleksandra təqdim edib.

Gununsesi.info xəbər verir ki, səfir bu barədə “Twitter”də bildirib.

HTML tutorial

“Bu gün səfir kimi etimadnaməmi Kral Villem-Aleksandra təqdim etmək şərəfinə nail oldum. Siyasi dialoqun gücləndirilməsi, iqtisadi əməkdaşlıq, elm və mədəniyyət sahəsində əməkdaşlıq, gənclərin mübadiləsi gündəliyimizdə əsas məsələlər olacaq”, – diplomat vurğulayıb.

Gununsesi.info