Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin İzmir şəhərinin vali yardımçısı Kamil Kötenlə təhsil sahəsində əməkdaşlığı müzakirə edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi sosial şəbəkədə məlumat yayıb.
“Səfir Rəşad Məmmədov İzmirə səfəri çərçivəsində vali yardımçısı Kamil Köten ilə görüşüb. Görüş zamanı İzmir ilə Azərbaycanın şəhərləri arasında müxtəlif sahələrdə, xüsusilə də təhsil sahəsində əməkdaşlıq müzakirə edilib”, – diplomatik missiyanın mətbuat xidməti diqqətə çatdırıb
Gununsesi.info