Azərbaycan səfiri Türkiyənin nəqliyyat naziri ilə görüşüb -Fotolar

  • By admin
  • 08 Dekabr 2021 15:55

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu arasında görüş olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

HTML tutorial

Görüş zamanı Azərbaycan və Türkiyə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, azərbaycanlı səfirin Türkiyənin milli müdafiə nazirinin müavini ilə də görüşü baş tutub.

Gununsesi.info