Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların təhlükəsizliyinin gücləndirilməsi üçün dövlət büdcəsindən müvafiq vəsait nəzərdə tutulub.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, bu məsələ dövlət başçısının nəzarətindədir.
Gununsesi.info