Azərbaycan sərhədində 39 nəfər saxlanıldı: 95 KQ NARKOTİK, 174 MİN DOLLAR, 7 KQ QIZI KÜLÇƏ...

  • By admin
  • 11 İyul 2017 15:06

serhed- tikanli meftiller

Ötən ay dövlət sərhədini pozan 39 nəfər saxlanılıb.

Bu barədə Gununsesi.info-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib. Onların 22 nəfəri Azərbaycan, 5 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Tacikistan, 2 nəfəri Banqladeş, hər ölkədən 1 nəfər olmaqla Gürcüstan, Ukrayna, Türkiyə, Pakistan, Qazaxıstan və Konqo vətən­daşlarıdır.

Sərhəd rejim qaydalarını pozarkən 1151 halda 1522 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycanın hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 398 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 95 kq 740,8 qram narkotik vasitə  aşkarlanıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təq­ribən 4 milyon 579 min 256 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd qaz tapançası, 2 ədəd ov tüfəngi, 174 000 ABŞ dolları, 7 kq əridilmiş qızıl külçə, 4870 qram gümüş, 148 045 ədəd  zəli, 5 ədəd qayıq, 5293 qutu pirotexniki vasitə, 13720 qutu siqaret, 268 ədəd mobil telefon, 1012 ədəd müxtəlif növ dərman prepa­ratları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanıb.

Gununsesi.info