
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan -San Marino oyununun biletləri satışa çıxarılıb.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı) və “Bakcell Arena”nın kassalarında əldə etmək mümkündür.
Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.
Biletlərin qiyməti:
VIP – 25 AZN
1-ci kateqoriya -4 AZN
2-ci kateqoriya -1 AZN
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan -San Marino görüşü sentyabrın 4-də, saat 20:00-da başlayacaq.
Anar
Gununsesi.info