Azərbaycan Serbiyaya qarşı – Start heyətlər açıqlandı

  • By admin
  • 30 Mart 2021 18:51

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq.

Gununsesi.info xəbər verir ki, yığmamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya ilə üz-üzə gələcək.

HTML tutorial

Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın start fiti 20:00-da səsləndiriləcək. İlk turda Portuqaliya ilə səfərdə qarşılaşan və 0:1 hesabıyla məğlub olan yığmamız bu dəfə ilk ev oyununda ilk xalını qazanmağa çalışacaq.

Qeyd edək ki, Serbiya yığması millimizdən fərqli olaraq, seçmə mərhələdə üçüncü matçına çıxacaq. İlk turda İrlandiyaya doğma meydanda 3:2 hesabıyla qalib gəlmiş serblər ikinci turda da Portuqaliya ilə evdə 2:2 hesablı heç-heçəyə razılaşıblar.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
30 mart

20:00. Azərbaycan – Serbiya
Hakimlər: Roy Reynşreyber, David Biton, Saqi Metzamber, David Fuxman (hamısı İsrail).
Bakı Olimpiya Stadionu.

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 15. Bədavi Hüseynov, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 13. Abbas Hüseynov, 20. İsmayil İbrahimli, 8. Emin Mahmudov, 7. Anatoli Nuriyev, 9. Əli Qurbani

Ehtiyat oyunçular: Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 16. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 21. Kərim Diniyev, 22. Toral Bayramov

Baş məşqçi: Canni de Byazi

Serbiya: 12. Predraq Raykoviç, 13. Stefan Mitroviç, 2. Strahinya Pavloviç, 5. Uroş Spahiç, 7. Nemanya Radonjiç, 6. Nemanya Maksimoviç, 8. Nemanya Qudelj, 17. Filip Kostiç, 10. Duşan Tadiç, 20. Sergey Milinkoviç-Saviç, 9. Aleksandar Mitroviç

Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Corce Nikoliç, 3. Marko Petkoviç, 4. İvan İliç, 11. Luka Yoviç, 14. Andriya Jivkoviç, 15. Nenad Krstiçiç, 16. Saşa Lukiç, 18. Duşan Vlahoviç, 19. Mihailo Ristiç, 21. Filip Dyuriçiç, 22. Marko Qrujiç

Baş məşqçi: Draqan Stoykoviç

Gununsesi.info