Azərbaycan Silahlı Qüvvələrinin təlimlərində ərazinin maketi üzərində fəaliyyətlər icra olunub

Azərbaycan Silahlı Qüvvələrinin təlimlərində ərazinin maketi üzərində fəaliyyətlər icra olunub


Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, təlim iştirakçıları ərazinin maketi üzərində qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilini həyata keçiriblər.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə çətin dağlıq relyef şəraitində qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları işlənilib.

 

Gununsesi.info

COMMENTS