Azərbaycan – Şimali İrlandiya oyunu bu stadionda keçiriləcək

  • By admin
  • 26 Aprel 2017 13:35

fifa-2018

2018-i ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununun stadionu dəyişdirilib.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, “Bakcell Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Anar
Gununsesi.info