Azərbaycan-Şimali İrlandiya oyununu ispaniyalı hakimlər briqadası idarə edəcək

  • By admin
  • 06 İyun 2017 20:05

avropa-futbol

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan-Şimali İrlandiya oyununun hakimləri müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, görüşün baş hakimi ispaniyalı Xavyer Estrada olacaq. Ona həmyerliləri Migel Martines və Teodoro Sobrino kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alexandro Hernandes yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Gununsesi.info