Azərbaycan şirkətləri 2017-ci ildə Qazaxstanda keçiriləcək beynəlxalq sərgilərdə aktiv iştirak edəcək.
Gununsesi.info xəbər verir ki, bunu “Astana EXSPO-2017” milli şirkətinin təmsilçisi Saule Bulebayeva bu gün Bakıda 2017-ci ildə Qazaxstanda keçiriləcək EXSPO-2017 sərgilərin təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, növbəti ilin iyunun 10-dan sentyabrın 10-dək Astanada “Gələcyin enerjisi” şüarı adı altında “Astana EXSPO-2017” sərgisi keçiriləcək. “Artıq sərgidə iştirak etmək üçün 110-yaxın ölkə və 18 beynəlxalq təşkilat Qazaxstanda keçiriləcək sərgidə iştirakını təsdiq edib. Sərgi dövründə sərgini 5 milyon insanın ziyarət edəcəyi gözlənilir. Bu məqsədlə Qazaxstan “Astana EXPO-2017”-yə ciddi hazırlaşır. Biz həm daxili turistləri, həm də xaricdən gələcək qonaqları qəbul etmək üçün ciddi hazırlıq işlərinə başlamışıq. Bizim əsas hədəfimizi bu yolla Qazaxstanın turizm sənayesinin inkişaf ına təkan verməkdir”- deyə, S. Bulebayeva vurğulayıb.
S.Bulebayeva bildirdi ki, sərgi çərçivəsində müxtəlif rəgarəgn tədbirlərin, mədəni və əyləncəli tədbirlərin də keçirilməsi nəzərdə tutulur. “Sərgi dövründə dünyaca məhşur incəsənt xadimləri və müğənnilərin konserti təşkil olunacaq. Sərgi müddətində Şakira, Rihanna və digər müğənnilər in konserti nəzərdə tutulur. Bundan əlavə olaraq hər bir ölkə öz milli günlərini qeyd edəcəklər. Bu günə kimi 93 ölkə Milli Pavilyon və Milli Günlərini keçirməklə bağlı yerləri tutub.
Azərbaycan da öz Milli Günün keçirməyi planlaşdırır. İştirakçı ölkələr bu Milli Günlərdə öz ölkələrinin mədəniyyətini, tarixini, turizm potensialını iştirakçılara təqdim etmək imkanı əldə edəcəklər. Ancaq hesab edirəm ki, Azərbaycan tərəfi tələsməlidir. Çünki vaxt azdır. Əksər ölkələr Milli günləri keçriməklə bağlı günləri tutublar. Sonra gec ola bilər. Buna baxmayaraq Azərbaycan şirkətləri “Astana EXSPo-2017”-də aktiv iştirak edəcəklər”- deyə, S.Bulebayeva bildirib.
Mürtəza Bünyadlı
Gununsesi.info