Azərbaycan ştammı da yayıla bilər – HƏYƏCAN TƏBİLİ

  • By admin
  • 19 Mart 2021 16:46

“Test istənilən ştammı müəyyən edir. Ola bilər ki, test verən zaman nəticə neqativ olsun, ya da testin cavabından bir gün sonra simptomlar əmələ gəlsin və testin nəticəsi müsbət olsun”.

Gununsesi.info-nun müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, Britaniya ştammının hər hansı bir ölkə tərəfindən qarşısının alınması qeyri-mümkündür:

“Çünki ştammlar bütün dünyaya yayılır. İlkin ştamm kimi digərləri də yayılacaq. Hətta fantastik bir şey də deyim ki, Britaniya ştammına uyğun olaraq yerli Azərbaycan ştammı da yayıla bilər”.

Gununsesi.info